7 Yanvar 2026 / 11:15

Daha bir ailədə dəm qazından zəhərlənmə olub – 63 yaşlı baba dünyasını dəyişib, digərləri…

Qusar rayonunda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib, ölən var.

Tezadlar.az  xəbər verir ki,  hadisə yanvarın 7-də gecə saatlarında baş verib. 1962-ci il təvəllüdlü Riman Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü E.Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərləniblər.

R.Əlsultanov hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır.

Araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!