4 Aprel 2025 / 12:15

Daha bir hökumət sədri istefa verdi- SƏBƏB

Gürcüstanın Acarıstan Muxtar Respublikasının Başçısı Tornike Rijvadze uzun müddət rəhbərlik etdiyi vəzifədən istefa verdiyini açıqlayıb. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. T.Rijvadze qərarını verdikdən sonra qeyd edib ki, yeddinci ildir bu vəzifədə fəaliyyət göstərir və artıq yeniliyə ehtiyac duyur. Tornike Rijvadze “Gürcü Arzusu” Partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze və Prezident Mixeil Kavelaşviliyə dəstək göstərdikləri üçün təşəkkür edib. O, həmçinin Acarıstan əhalisinə göstərdikləri güvənə görə xüsusi təşəkkürünü bildirib. Rijvadze gələcəkdə də “Gürcü Arzusu” Partiyasının sadiq əsgəri olaraq qalacağını vurğulayıb və qarşıda daha böyük qələbələrin olduğuna inandığını qeyd edib.

Son günlər Gürcüstanda bir neçə yüksək rütbəli istefa verərək vəzifəsini tərk edir….

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!