12 Fevral 2026 / 13:03

Daha bir müxalifət lideri həbsxanadan çıxdı…

Müxalifətçilərin azadlıqda olması təbii ki, cəmiyyətin və ölkənin düşüncə siyasətində xüsusi əhəmiyyət daşıyır… Tezadlar.az xatırladır ki, bu prinsip Gürcüstanda da yüksək qiymətləndirilir. Belə ki, “Dəyişiklik naminə koalisiya”nın liderlərindən biri olan Nika Qvaramiya 8 aylıq həbsdən sonra azadlığa buraxılıb. O, bu gün, 12 fevral tarixində Rustavı N12 penitensiar müəssisəsini tərk edib.

Xatırlatma: Qvaramiya Parlamentin müvəqqəti istintaq komissiyasına gəlməməsi səbəbindən 8 aylıq həbs cəzasına məhkum edilmişdi. Ona Cinayət Məcəlləsinin 349-cu maddəsi üzrə ittiham verilmişdi ki, bu da “Parlamentin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsi”ni nəzərdə tutur. Əvvəlcə Qvaramiyaya 30 000 larilik girov qoyulmuşdu, lakin qanunla müəyyən edilmiş müddətdə ödənilmədiyi üçün girov həbs cəzasına çevrilmişdi. Siyasətçi məhkəmə prosesində iştirak etməyib, həbsxanaya özü gəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!