
Su basmış Orskda suyun səviyyəsi azalır ki, bu da daşqının pik həddinin keçdiyini göstərir.
Tezadlar.az xəbər verir ki, bunu “Rossiya-24” telekanalının efirində Orsk şəhərinin rəhbəri Vasili Kozupitsa bildirib.
“Su müxtəlif ərazilərə müxtəlif yollarla düşür. Şəhərdə – demək olar ki, bir metr, 6-cı mikrorayonda – yarım metrə qədər. Bu, bizə ümid verir ki, daşqının pik həddi keçib və gözləmək olar ki, azalmağa başlayacaq”, – Kozupitsa bildirib.
E.ŞİRİNOV






