Moskvanın qərbindəki dayanacaqda avtomobil partlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı şahidlərə istinadən məlumat yayıb.
Hadisə Ryabinovaya küçəsindəki inzibati binanın yaxınlığında baş verib.
“Partlayış nəticəsində avtomobil tamamilə yanıb”, – Telegram kanalı bildirib.
Fövqəladə Hallar Nazirliyi daha sonra avtomobil yanğınının söndürüldüyünü dəqiqləşdirib. Xəsarət alan olmayıb.
E.ŞİRİNOV







