14 Noyabr 2025 / 08:45

DÇ-2026: Azərbaycan İslandiyaya məğlub oldu

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib. Tezadlar.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.

Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!