Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 İyun 2026 / 23:55

DÇ-2026: Niderlanddan İsveçə ağır zərbə

2026-cı il dünya çempionatında F qrupunun II turunda növbəti oyun keçirilib.

 

Turun mərkəzi qarşılaşmalarından birində Niderland millisi İsveçlə üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Niderland ilk hissəni Brobbinin dublu ilə öndə tamamlayıb: 2:0.

İkinci hissəyə də qolla başlayan “narıncı”lar Kodi Qakponun qoluyla hesabı 3:0 edib. 48-ci dəqiqədə fərqlənən Qakpo 6 dəqiqə sonra özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 59-cu dəqiqədə İsveç Elanqanın qoluyla hesab arasındakı fərqi azaldıb. Matçın son dəqiqələrində Niderland daha bir qol vurub. Sammervil hesabı 5:1 edib.Görüş bu hesabla başa çatıb.

Qeyd edək ki, F qrupunun digər oyununda Tunis və Yaponiya milliləri qarşılaşacaq.

Dünya çempionatı

F qrupu, II tur

20 iyun

21:00. Niderland – İsveç 5:1

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!