Əsas məzmuna keç

DÇ-2026: Portuqaliya Ermənistanı darmadağın edib

Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya və Ermənistan milliləri üz-üzə gəlib. Tezadlar.az Ermənistan mediasına istinadla bildirir ki, Draqao stadionunda keçirilən oyunda Portuqaliya qonaqları 9:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanıb. Kriştiano Ronaldonun cəza səbəbindən oynamadığı görüşdə Portuqaliyaya qələbə qazandıran qolları Renato Veyqa (7), Qonsalu Ramuş (28), Joau Neveş (30, 41, 81), Brunu Fernandeş (45+3-p., 52, 72-p.) və Fransişku Konseysau (90+2) vurub. Ermənistanın qolunu 18-ci dəqiqədə Eduard Spertsyan vurub.

Qeyd edək ki, DÇ-2026 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…