12 Fevral 2026 / 08:46

DƏHŞƏT: “DƏNİZ HOSPİTAL”DA ESTETİK ƏMƏLİYYAT ETDİLƏR, GÖRÜN ÜZÜ NECƏ ƏYİLDİ…

Bakıda edilən estetik əməliyyatdan sonra vətəndaş Gülzar Mikayılovanın üzü əyilib…  Tezadlar.az  “Xəzər” TV-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Gülzar Mikayılovanın başına gəlib. O iddia edib ki, canlı söhətdə gördüyü kampaniya ilə bağlı “Dəniz Hosbital”a gedib. Ona “Üzgərmə və bir neçə fərqli prosedurlar ediləcək” deyilsə də, xəstəxanada bunlardan birinin həyata keçirilməyəcəyi qeyd edilib. Gülzar Mikayılovanın iddiasına görə, əməliyyatı canlı söhbətdəki həkim yox, Həmid Əsədov edib. Əməliyyatdan sonra üzündə olan problemləri görən xanım yenidən həkimə müraciət etmək istəsə də, bu, bir müddət mümkün olmayıb. Daha sonra aparılan danışıqda həkim bildirib ki, pulu geri qaytaracaq, lakin bunu da etmir. Hadisədə adı hallanan həkim Həmid Əsədov iddiaları təkzib edərək bildirib ki, əməliyyatdan sonra yaranan deformasiya qanda olan problemə görədir. Həmin çapıq getsin deyə müalicə təklif olunsa da, qarşı tərəf qəbul etməyib və hədə-qorxu ilə pul tələb edib. Bir müddət isə tibbə aid olmayan səbəblərdən fəaliyyət göstərməyib. Hazırda işləmədiyinə görə ödənişi qaytara bilmir. İşinə geri qayıtdıqdan sonra pulu verəcək. Əməliyyatın icra edildiyi xəstəxana isə məsələyə münasibət bildirməyib.

Zərərçəkənin hüquq mühafizə orqanlarına şikayət təqdim etdiyi bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!