7 May 2026 / 13:38

DƏHŞƏT! Qəzzada ölənlərin sayı 72.628-ə çatdı

2023-cü ilin oktyabr ayından bəri İsrail ordusunun Qəzza zolağına hücumlarında ölənlərin sayı 72.628-ə çatıb

Atəşkəsə baxmayaraq, İsrail ordusu Qəzza zolağına hücumlarını davam etdirir.

Tezadlar.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin yazılı açıqlamasında 2023-cü ilin oktyabr ayından bəri İsrail hücumları nəticəsində ölənlərin sayı ilə bağlı son məlumatlar paylaşılıb.

Qeyd edilib ki, son 24 saat ərzində Qəzzada xəstəxanalara 9 ölü və 39 yaralı gətirilib.

Atəşkəs 10 oktyabr 2025-ci ildə qüvvəyə minəndən bəri İsrailin Qəzzaya hücumlarında 846 nəfər həlak olub, 2.418 nəfər yaralanıb və dağıntılar altından 769 cəsəd çıxarılıb.

2023-cü ilin oktyabr ayından bəri İsrailin Qəzza zolağına hücumlarında ölənlərin ümumi sayı 72.628 nəfərə çatıb, 172.520 nəfər yaralanıb.

Qəzza zolağında hələ də minlərlə cəsədin dağıntılar altında qaldığı bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!