18 Aprel 2026 / 16:02

DƏHŞƏT! Yağışdan qaçdılar, ildırımın qurbanı oldular

Diyarbəkir şəhərinin Ergani rayonunda yağışdan qaçmaq üçün sığındıqları ağaca ildırım düşməsi nəticəsində iki uşaq ölüb, biri ağır yaralanıb.

Tezadlar.az xəbər verir ki, əmioğlular olan K.Y. (14), S.Y. (15) və M.Y. (16) yağışdan qaçmaq üçün Çiçeközü kənd məhəlləsindəki evlərinin bağçasındakı bir ağacın altına sığınıblar.

Ağaca ildırım düşməsi nəticəsində hər üç uşaq ağır yaralanıb.

Hadisə yerinə 112 Təcili Tibbi Yardım və jandarma qrupları göndərilib.

Diyarbəkir Qazi Yaşargil Təlim və Araşdırma Xəstəxanasına aparılan K.Y. və S.Y. tibbi müdaxiləyə baxmayaraq, xilas edilə bilməyiblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!