Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Yalançı tamahkarı həmişə aldadırb, bu hal bu gün də davam edir. Sadəcə, ən səmərəli yol aldanmamaqdır! Elə buna görə də “Avropada kiberdələduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb. Bu pullar Azərbaycandadırsa, tapılır, amma xaricdədirsə, tapılmır”, -deyə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada danışan Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev bildirdi ki, pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır: “Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər, yüksək vəzifəli şəxslər də məruz qalır. Bankların təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq”.
Yaxşı, bəs kiber dələduz bankın məhsulu olan karta necə daxil olur? Qapı möhkəm və etibarlı bağlanıbsa, oğru ora necə açar sala bilər?
Sual həm də budur…
A.Məmmədli