Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 May 2026 / 18:12

Dəmir yolunun kiçik problemlərinin böyük ziyanı-ŞİKAYƏT VAR

ADY fəaliyyətində müsbət dəyişikliklər olsa da, qurumun işində hələ də bəzi kiçik texniki problemlər də mövcuddur. Sosial media istifadəçisi Samir İsmayıl belə bir maraqlı faktı açıqlayıb və təklif də verib. Sitat: “…ADY fəaliyyətində müsbət dəyişikliklər olsa da, qurumun işində hələ də bir sıra problemlər mövcuddur. Onların bir çoxunun süni şəkildə yaradıldığı və dövlət şirkətinə heç yaraşmadığı qənaətindəyəm. Yazıram, siz də tanış olun. Dünən sürət qatarı ilə Qəbələyə gedirdim. Bir sərnişinə bildirdilər ki, biletdə ata adını yazmadığı üçün qatara buraxıla bilməz. Lakin dərhal əlavə etdilər ki, məsələnin çarəsi var: əgər 5 manat ödəsə, sistemdə müvafiq düzəliş edilər və o, minikə buraxılar. Sərnişin haqlı olaraq soruşdu: “Əgər mən səhv etmişəmsə, sizin onlayn bilet sisteminiz niyə bu biletin satışını qəbul edib?”. Nəzarətçi isə cavabında bildirdi ki, ata adı yazmadan yalnız xarici vətəndaşlar minikə buraxıla bilərlər. Onlayn bilet sisteminin düzgün qurulmaması və sərnişinlərin haqsız yerə incidilməsinə dair daha bir misal çəkim. Bir neçə ay əvvəl Ağstafa – Bakı qatarının nəzarətçisi bir sərnişini qatara buraxmadı. Onlar dörd nəfərdən ibarət ailə idi: valideynlər və iki azyaşlı uşaq. Onlayn alış zamanı biletlərdən birində şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əvəzinə FİN kodu yazmışdılar. Belə bir “səhvə” görə bütöv bir ailə vağzalda qaldı. Əslində, onlayn bilet sistemi düzgün qurulsaydı, FİN kodu qəbul etməməli idi. Həm də dünya dağılmamışdı, sərnişin öz FİN kodunu yazmışdı…”.

Yəni, belə xırda problemlər bəzən böyük ictimai narazılığa da səbəb ola bilər və bunların sistemli həlli olduqca vacibdir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!