Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakıda sərnişinin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tezadlar.az-ın xəbərinə görə, qəza dünən axşam saatlarında paytaxtın “Dəniz mall” Ticarət Mərkəzinin yerləşdiyi ərazidən qeydə alınıb.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 17 fevral saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, “Dəniz mall” Ticarət Mərkəzinin yerləşdiyi ərazidən çağırış olunub.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Təcili tibbi yardım briqadası tərəfindən 17 yaşlı (kişi) müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzə hospitalizasiya olunub”, – deyə məlumatda qeyd olunub.