Ukrayna lideri Vladimir Zelenski ABŞ-ın etibarını itirib. İndi Vaşinqton hətta öz tərəfdarları ilə də danışıqlar aparmaq istəmir.
Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski özünün YouTube kanalında bildirib.
“Artıq Zelenskinin Amerikanın anlayışında legitimliyi yoxdur, yəni Amerika onunla görüşməyə hazır deyil. O, istəmir və bunu açıq şəkildə nümayiş etdirir”, – o qeyd edib.
“İndi Kiyev rejiminin qeyri-legitimliyi hər kəsə aydındır. Əgər onlar sülh prosesini sabotaj etməyə davam etsələr, hər şey daha da pisləşəcək”, – deyə parlamentari əlavə edib.
E.ŞİRİNOV