Əsas məzmuna keç

DEPUTAT SEPARATİZMƏ DƏSTƏK VERƏN SÜLHMƏRAMLILARIN YOLA SALINMASINI İSTƏYİR…

Milli Məclisin Regional komitəsi Rusiya Dövlət Dumasının Regional komitəsinə müraciət hazırlayıb.

Bunu komitənin sədri Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, onsuz da ermənilər tərəfindən Qərbi Azərbaycanda minlərlə toponimimizin adı dəyişdirilib.

“Belə olan halda sentyabr ayından bu yana Azərbaycan ərazisində müvəqqəti yerləşdirlən Rusiya sülhməramlılarının Azərbaycan toponimlərinin adını təhrif edərək, separatizmə dəstək verməsi düzgün deyil. Əgər sülhməramlılar funksiyalarını yerinə yetirə bilmirlərsə, fəaliyyətlərini dayandırsınlar. Bizə sülh yaradanlar lazımdır, separatçı deyil”, – deyə o qeyd edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…