Naməlum şəxslər Ukraynanın Çerkas bölgəsində parlament üzvünün avtomobilini partladıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli strana.ua nəşri məlumat yayıb.
Məlumata görə, Korsun-Şevçenkivski Şəhər Şurasının üzvü Vitali Storojukun avtomobili hədəf olub.
“Storojuk bildirib ki, o, maşın sürməyə başlayanda avtomobili partladılıb, lakin özü tullanmağı bacarıb. Avtomobil yanıb”, – deyə nəşr qeyd edib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaya başlayıb.
E.ŞİRİNOV







