21 Avqust 2024 / 08:27

DEPUTATLIĞA NAMİZƏDLƏRİN ƏKSƏRİYYƏTİ İŞSİZ İMİŞ – SMK-NİN HESABATI

Deputatlığa namizədlərin əksəriyyətinin işsiz olduğu, hətta bu günə qədər heç bir siyasi fəaliyyətinin olmadığı ortaya çıxıb.

“TEZADLAR.AZ” xəbər verir ki, bu barədə “Mənim Səsim” Seçki Monitorinq Koalisiyasının (SMK) sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə aid aralıq hesabatında bildirilib.

Hesabatla bağlı keçirilən mətbuat konfransında çıxış edən SKM-in həmtəsisçisi Səadət Bənənyarlı deyib ki, qadınların namizəd kimi irəli sürülməsində rəqəmlər kifayət qədər aşağıdır: “Ən çox qadın namizədlə çıxış edən isə Yeni Azərbaycan Partiyasıdır. 125 namizədin 30-u qadındır. Digər partiyaların namizədləri arasında gender məsələsi daha aşağı durumdadır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!