Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


…Azərbaycanın dövlət dili “Azərbaycan Milli Şurasının Azərbaycanın dövlət müstəqilliyi haqqında” 1918-ci il 28 may tarixli Bəyənnaməsində,
Azərbaycan Demokratik Respublikasının Müvəqqəti Hökuməti tərəfindən türk dilinin dövlət dili olaraq qəbul olunması haqqında 27 iyun 1918-ci tarixli qərarında, “Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyənnamə barəsində Azərbaycan Respublikasının Ali Sovetinin 30 avqust 1991-ci il tarixli Qərarında öz əksini tapmışdır.
Bu barədə, həmçinin “Azərbaycan Respublikasınnın dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktında, 22 dekabr 1992-ci il tqrixli, 413 saylı “Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu”da əks olunan prinsiplərə, əsaslara uyğun, ölkədə çoxluq təşkil edən, ölkə ərazisinin çoxu onun milli ərazisi olan və bu arealda tarixən faktiki ortaq ünsiyyət vasitəsi olaraq mövcud olan Türk millətinin dili – Türk dili olmalıdır.
Əgər ölkə ərazisi, ölkədə yaşayan və ölkə ərazisi tərkibində onun milli əraziləri olan millətlərin birləşməsindən yaradılmışdırsa, onda bu millətlərin dilləri onların hamısının say çoxluğu sırası ilə I, II və sairə dövlət dili statusu daşıya bilərdi… Lakin bu hal Azərbaycan Respublikasına aid edilə bilməz, çünki Azərbaycan Respublikasının ərazisi Türk milli ərazisində, Türk millətinin iradəsini əks etdirən yuxarıda sadalanan sənədlərdə oluşdurulmuş, sonradan bərpa edilmiş, indi də eynən adlandırılmalıdır.

Bütünün (məqalənin) adında deyildiyi kimi, dil milli birliyin birinci şərtidir. Başqa sözlə, dil, fikir və əməl birliyi olmadan hər hansı birlik qurulmaz. Dil birliyini təmin etmənin reallıqdan irəli gələn faktiki və elmi əsasları vardır. Dil birliyini, həm də mümkün qədər əhatəli, mənalı, məntiqli ədəbi dili formalaşdırmaq üçün həvəskar və özfəaliyyət qaydası yetərli deyil. Ona görə də təklif edirəm ki, bu yöndə:
9.Türk Dil Bankı əsasında Türk millətinin vahid tədris, təlim, tərbiyə işlərinə başlanılması üçün dərsliklər çap edilməli, mətbuat, informasiya vasitələri, dövlət dili bu əsasa keçməlidir. Bu işi Türk dövlətləri birlikdə maliyyələşdirilməlidir.
10.Turan Dövlətinin ədəbi dövlət dilinin formalaşdırılması üçün, Türk Dil Bankından istifadə etməklə bütün Türk boylarında və birliklərində dövlət büdcəsindən maliyyələşdirilən orta, orta ixtisas və ali məktəblərdə, kollektivlərdə tədris, təlim, tərbiyə işlərinə başlanılmalıdır.
11.Bu barədə Bildiriş, Birinci Türkçülük Çalışmaları iştirakçılarının adından bütün Türk dövlətlərinin başçılarına, parlamentlərinə, hökumətlərinə, Türk dövlətlərinin parlament və digər koordinasiya qurumlarına, bilimlər akademiyalarına, Türk boylarının yerli inzibati və kompakt yaşam vahidlərinə, Türk Dövlətləri Təşkilatına göndərilməli və onların- Ümumtürk Dil Hərakatında fəal iştirakı istənilməlidir.
Məmmədxan Əzizxanlı,
sabiq prokuror,
Əmək veteranı