Əsas məzmuna keç

DİN: CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 28 NƏFƏR SAXLANILIB

Dekabrın 9-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqədar 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…