Əsas məzmuna keç

DİN İRAN CASUS ŞƏBƏKƏSİNİN ÜZVLƏRİNİ İFŞA EDİB – ARALARINDA AGENTLİK VƏ TV-DƏ VAR…

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının Bakıda İran casus şəbəkəsinə qarşı keçirdiyi xüsusi əməliyyat davam edir.

Trend-in məlumatına görə, əməliyyat Bakıda və respublikanın digər bölgələrində keçirilir.

Tədbirlər nəticəsində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində saxlanılıblar.

 Hazırda əməliyyatın davam etdirildiyi bildirilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları səhər saatlarından “SalamNews” informasiya agentliyi və “İnteraz” telekanalında da əməliyyat keçirib.

TEZADLAR.AZ

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…