Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 İyun 2024 / 07:39

DİN TELEAPARICINI AXTARIŞA VERİB

Teleaparıcı Tatyana Lazareva (Rusiya Federasiyasında xarici agent kimi tanınıb) cinayət maddəsi ilə axtarışa verilib.

Tezadlar.az xəbər verir ki, onun haqqında məlumatlar Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.

“Lazareva Tatyana Yuryevna Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib” – məlumatda deyilir.

Lazarevanın konkret hansı maddə ilə axtarışa verildiyi açıqlanmır.

TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, söhbət Rusiya Federasiyası Silahlı Qüvvələrinin nüfuzdan salınması ilə bağlı məqalədən gedir.

Rusiya Federasiyasının Ədliyyə Nazirliyi 2022-ci ilin iyulunda Tatyana Lazarevanı xarici agentlər siyahısına daxil edib. Siyahıya daxil olmaq üçün əsasda “siyasi fəaliyyətlə məşğul olmaq”, xarici mənbələr haqqında məlumatda isə Ukrayna göstərilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!