3 Oktyabr 2024 / 09:18

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ TƏRƏFİNDƏN ƏDLİYYƏ NAZİRLİYİNİN PENİTENSİAR XİDMƏTİNDƏ SEMİNAR KEÇİRİLİB

Ədliyyə Nazirliyinin Penitensiar xidmətində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən seminar keçirilib.

Tezadlar.az xəbər verir ki, seminarda Azərbaycan İlahiyyat İnstitutunun rektoru İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov “Dini radikalizm və ekstremizm: yaranma səbəbləri və mübarizə metodları” mövzusunda mühazirə ilə çıxış edib.

Tədbirdə Penitensiar xidmətin Baş idarəsinin və tabe qurumların məsul əməkdaşları iştirak edib, müzakirələr aparılıb və onları maraqlandıran suallar cavablandırıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!