Əsas məzmuna keç

DİŞ MƏCUNU QABINDAN NARKOTİK VASİTƏ AŞKAR EDİLDİ

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Aeroportunun 1-ci terminalının gəliş zalında Dehli-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşına məxsus çamadana gömrük yoxlaması tətbiq edilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı diş məcunu qabının içərisində gömrük nəzarətindən gizlədilən 32,150 qram narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…