Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bir daha vətəndaşları dələduzlara aldanmamağı tövsiyə edir.
Dələduzluq halları əksər vaxt vətəndaşların etibarından və diqqətsizliyindən istifadə etməklə törədilir.
Tezadlar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev sosial media səhifəsində bildirib.
“Polis əməkdaşlarının fevralın 11-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Rəsmi sənəd və müqavilə olmadan pul ötürmək risklidir. Yüksək qazanc vəd edən, amma şəffaf hesabat təqdim etməyən təkliflər şübhəlidir. Sosial şəbəkə üzərindən edilən maliyyə çağırışlarına inanmaq olmaz. Təhlükə var”, – deyə o, qeyd edib.