“Diqlas”da pulu və əmlakı batanlara şad xəbər: yeni ticarət mərkəzi tikiləcək

Oxunma sayı: 278
Neşə il əvvəl Bakıda güclü yanğında bütün malları yanıb kül olan “Diqlas” Ticarət Mərkəzinin yeni sahə ilə tikintisinə icazə verilib. Nizami rayonu, Qara Qarayev prospekti- 239 ünvanında (“Diqlas”ın yerində, “8 KM bazarı”) yeni ticarət mərkəzinin tikintisi nəzərdə tutulur. Belə ki, 10 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd olunan ünvanda ümumi sahəsi 3200 m² olan 5 mərtəbəli qeyri-yaşayış təyinatlı ticarət kompleksinin tikintisinə icazə verilib.
***

“Diqlas”dakı yanğın 2019-cu ilin martın 25-də səhər saatlarında baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edilmişdir. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olmuşdu. Ticarətçilərə 10 milyon manatdan çox ziyan dəymişdir. Həmin dövrdə istintaq aparılmış, amma nəticəsi ictimaiyyətə bildirilməmişdir.

A.Məmmədli

Xəbəri paylaş

22 İyun