Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 16 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Zeynalov Zakir Eyvaz oğluna məxsus ticarət obyektində yoxlama keçirib.
Tezadlar.az agentliyinin məlumatına istinadən xəbər verir ki, baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Ticarət obyektində aşkar saxtalaşdırılma əlamətləri olan və istehsal tarixi qeyd edilməyən “Organic Line”, “Organic Life”, “Organic” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb
Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub. Məhsulların satışı qadağan edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.