Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq
- Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində.







