Dneprə dron hücumu: çoxsaylı yaralı və dağıntı var

Oxunma sayı: 332

Ötən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərinə dron hücumu nəticəsində üç nəfər ölüb, 28 nəfər yaralanıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla  xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti məlumat yayıb. Sitat: “Axşam saatlarında düşmən dronlarla Dnepr şəhərinə hücum edib. Rusiyalılar biri uşaq olmaqla üç nəfərin həyatına son qoyub. İlkin məlumata görə, 28 nəfər, o cümlədən dörd körpə yaralanıb”.

Trampın Putinlə yaxın münasibəti həm Avropanı, həm də Ukraynanı təhlükəli vəziyyətə gətirib. ABŞ müharibədən çəkinirş müharibəyə cəlb edilmiş Ukraynanı isə təkbaşına buraxıb.

A.Məmmədli

Xəbəri paylaş

19 May