Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 21 yaşlı ana son anda ayılıb, bətnindəki döl isə tələf olub.
Tezadlar.az xəbər verir ki, trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə ötən gün Ağdam Mərkəzi Rayon Xəstəxanasının əməliyyatxanasında baş verib.
Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Yusifova Fatimə Məzahir qızının anidən halı pisləşib və əməliyyat masasında keçinib. Həkimlərin köməyi sayəsində ana F.Yusifovanın həyatını xilas etmək mümkün olub. Bətnindəki döl isə tələf olub.
Hazırda F.Yusifovanın səhhəti duruma uyğun qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.