Türkiyəli bloger Danla Bilic bədənindəki dolğuları çıxartdırmaq üçün əməliyyat etdirib, həm də ilk dəfə deyil, beşinci dəfə…
Tezadlar.az xəbər verir ki, dolğulardan əziyyət çəkən və onlardan qurtulmaq üçün cərrah masasına yatan Danla Bilic bədənindən çıxarılan dolğu maddələrinin görüntülərini paylaşıb və onların orqanlarına vurduğu ciddi zədələrə diqqət çəkərək bunu “cahil cəsarət” adlandırıb.
“Budur, 5-ci əməliyyatımda vücudumdan çıxan maddə. Böyrəklərimə qədər yayılmışdılar, kürəyimdə, ayaqlarımda… Daha çox danışmayacağam. Bu, cahil cəsarətindən başqa bir şey deyildi”.
Blogerin cəmiyyətə ötürdüyü mesaj – paylaşım bəzi estetik əməliyyatlar, prosedurlar üçün kosmetoloqlara üz tutanlar üçün çox ciddi xəbərdarlıqdır
.

