9 Aprel 2025 / 08:08

Dominikanda dam uçqunu fəkakəti: 79 nəfər can verdi!

Dominikan Respublikasının paytaxtında Jet Set gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 79-a çatıb. Tezadlar.az xəbər verir ki, bu barədə yerli “Diario libre” qəzeti Santo-Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə istinadən məlumat yayıb. Mendes bildirib ki, son saatlarda xilasedicilər sağ qalan insanlar aşkar etməyiblər. Qəzetin məlumatına görə, xəstəxanaya yerləşdirilənlərin sayı 150-ni keçib. Daha əvvəl Karib ölkəsinin prezidenti Luis Abinader çərşənbə axşamı gecəsi baş vermiş faciə ilə əlaqədar üç günlük milli matəm elan edib. Respublikanın paytaxtının müxtəlif yerlərində insanların qan verdiyi donor mərkəzləri açılıb.

Mühəndisin tikinti məsuliyyətsizliyi bu qədər insanın ölümünə və 150 nəfərin yaralanmasına gətirib çıxardı.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!