Əsas məzmuna keç

DÖNƏRDƏN ZƏHƏRLƏNƏN ŞAGİRDLƏRİN VƏZİYYƏTİ NECƏDİR?

Bakıda dönərdən zəhərlənən şagirdlərdən daha biri evə buraxılıb.

Bu barədə TƏBİB- in mətbuat xidməti məlumat yayıb… “Təzadlar”a göndərilən məlumatda deyilir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. O da deyilir ki, 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 2 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb: “Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”, – TƏBİB-dən bildirilib.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…