Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Super” çağırış nişanlı rus əsgəri Ukraynanın pilotsuz təyyarələrinin zərbələri altında 4 gün ayaqları sınıq halda Rusiya Silahlı Qüvvələrinin mövqelərinə sürünüb. Sonda əsgər sağ qalıb.
Tezadlar.az xəbər verir ki, bu barədə əsgərin hekayəsini dərc edən “RT in Russian” Telegram kanalı məlumat yayıb.
“Super” Xerson istiqamətində Krınki kəndi uğrunda gedən döyüşlərdə iştirak edən dəstəyə komandanlıq edib. 2023-cü ilin dekabrında verilən tapşırığı yerinə yetirərkən o, ağır yaralanıb – bomba parçaları onun hər iki ayağında baldır sümüklərini sındırıb.
Əsgər üçün gələn təxliyə qrupu da atəşə tutulub, əsgərlər yaralanıb. Sonra “Super” radioda xahiş edib ki, onun üçün başqa heç kim göndərilməsin. O özü ərazidən sürünərək çıxmağa qərar verib.
“Mən yaş salfetlər çeynədim, qabıq yedim, bir-iki bitki soğanağı tapdım, onları da yedim. Mövqelərimiz 700 metr aralıda idi, amma dörd gün onlara tərəf süründüm”, – döyüşçü deyib.
“Super” əlavə edib ki, o, bir neçə dəfə huşunu itirib, Ukraynaya məxsus pilotsuz təyyarənin atdığı sursat qəlpələri onun onurğasına və belinə dəyib.
Əsgər hazırda müalicə alır, lakin cəbhə bölgəsinə qayıtmaq istəyir.
E.ŞİRİNOV