DÖRDÜNCÜ MƏRTƏBƏNİN PƏNCƏRƏSİNDƏN YIXILARAQ SAĞ QALIB

Məktəbli qız dostları ilə şənlik zamanı dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq sağ qalıb.

Tezadlar.az xəbər verir ki, REN TV-nin məlumatına görə, hadisə oktyabrın 26-da səhər saatlarında Sankt-Peterburqda Marşal Tuxaçevski küçəsində baş verib.

9-cu sinif şagirdi qapalı kəllə-beyin travması, döş qəfəsi və qarın nahiyəsindən xəsarətlərlə xəstəxanaya çatdırılıb.

“Məlum olub ki, 16 yaşlı qız mənzildə dostları ilə spirtli içki içərkən nə vaxtsa pəncərədən yıxılıb”, – telekanalın həmsöhbəti qeyd edib.

E.ŞİRİNOV

 

Xəbəri paylaş

9 İyul