Əsas məzmuna keç

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN YENİ LAYİHƏSİ – “RƏQƏMSAL GÖMRÜK DƏYƏRİ”

Dövlət Gömrük Komitəsinin biznes subyektləri ilə əməkdaşlığın gücləndirilməsi, konstruktiv dialoq platformasının formalaşdırılması məqsədilə təşkil etdiyi Gömrük-Biznes Forumunda gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, rəqəmsallaşmanın genişləndirilməsi, əlçatanlığın və şəffaflığın artırılması məqsədilə yeni layihələr təqdim olunub.

Tezadlar.az xəbər verir ki, bunlardan biri də gömrük dəyərini dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri” layihəsidir. Yeni layihə ticarət xərclərini, əməliyyatların sayını azaltmağa, maliyyə resurslarına qənaət etməyə, gömrük dəyəri və biznes proseslərin proqnozlaşdırılmasına əlavə imkanlar yaradacaq.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…