Əsas məzmuna keç

DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ G20 DİNLƏRARASI FORUMUNDA İŞTİRAK EDƏCƏK

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 19-22 avqust tarixlərində Braziliya Federativ Respublikasında keçiriləcək G20 Dinlərarası Forumunda (IF20) iştirak edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, dini sahədə qlobal məsələlərin müzakirə olunduğu Forumun gündəliyinə dayanıqlı inkişaf, yoxsulluq və bərabərsizliklə mübarizə, qlobal idarəetmə islahatları, münaqişələrin həlli, qlobal iqtisadi məsələlər, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi ilə bağlı mövzular daxildir.

Tədbirdə ümumilikdə 300-ə yaxın qonağın iştirakı gözlənilir. 2014-cü ildən etibarən hər il keçirilən G20 Dinlərarası Forumu dini məsələlərlə məşğul olan qurumlara və tədqiqat institutları şəbəkəsinə BMT-nin dayanıqlı inkişaf məqsədləri ilə bağlı müzakirə platforması təqdim edir.

R.XUDATQIZI

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…