DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ QUBA ŞƏHƏRİNDƏ VƏTƏNDAŞLARI QƏBUL EDƏCƏK

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 4-də Quba, Xaçmaz, Siyəzən, Şabran və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.

Tezadlar.az xəbər verir ki, qəbul saat 11:00-da Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (Əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət etmələri xahiş olunur.

R.XUDATQIZI

Xəbəri paylaş

17 İyul