Əsas məzmuna keç

DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN BİR QRUP HƏRBİ QULLUQÇUSU TƏLTİF OLUNUB – SƏRƏNCAM

Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub.

Tezadlar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, iki nəfər 3-cü dərəcəli “Rəşadət”, 1 nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 4 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 9 nəfər “Vətən uğrunda”, 6 nəfər “İgidliyə görə”, 99 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Dövlətimizin başçısının digər Sərəncamı ilə polkovnik Bəhmən Rza oğlu Babayevə, polkovnik Əyyub Vəli oğlu Məmmədova və polkovnik Nəsib Tahir oğlu Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi verilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…