Əsas məzmuna keç

DÖVLƏT SİRRİNİN YAYILMASININ QARŞISI ALINIB

Kurqan vilayətində FTX əməkdaşları vilayətin bələdiyyə rayonlarından birinin administrasiyasının əməkdaşı tərəfindən dövlət sirrini açıqlamasının qarşısını alıblar.

Tezadlar.az bu barədə “Ura.ru”-ya istinadən xəbər verir.

Həmin şəxsə dövlət sirrinin açıqlanmasının yolverilməzliyi ilə bağlı rəsmi xəbərdarlıq edilib və bunun qanun pozuntusu olduğu xatırladılıb. İdarədən bildirilib ki, işçi məxfi sənədlərlə işləyirmiş, onlardan məlumatları açıqlamaq istəyərkən yaxalanıb.

Bundan əvvəl Çelyabinsk vilayətində FTX əməkdaşları hüquq-mühafizə orqanlarında dövlət sirrinin açıqlanmasını dayandırıblar.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…