Dövlət qulluqçularına ikinci işdə işləmək icazəsi verildi, amma…

Gürcüstanda dövlət qulluqçuları əlavə tədris və ya elmi fəaliyyətlə məşğul ola biləcəklər.

Tezadlar.az  xəbər verir ki, Gürcüstan parlamenti korrupsiyaya qarşı mübarizə qanunvericiliyinə məmurlara rəhbərliyinin icazəsi ilə ikinci işdə işləmək hüququ verən yeni düzəlişləri təsdiqləyib.

Bildirilir ki, əlavə peşəkar fəaliyyətlərinə müəllimlik, elmi tədqiqat və yaradıcılıq daxildir. İcazə bir il müddətində qüvvədə olacaq və dövlət orqanının rəhbəri tərəfindən verilə bilər. Həmçinin dövlət strukturlarında müqavilə əsasında işləyənlər istənilən başqa işdə əlavə gəlir əldə edə biləcəklər. Qeyd edək ki, Gürcüstanda dövlət qulluqçuları 12 sinfə bölünür.

Görünən odur ki, məmurların da əlavə qazanc yerlərinə ehtiyacı var. Və bu baxımdan, qanundakı düzəlişlər bir çox dövlət qulluqçusunun yaşayış səviyyəsinə müsbət təsir göstərəcək, əlbəttə əsas işlərindən əlavə vaxt tapanlara…

JASMİN

Xəbəri paylaş