Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda Azərbaycan və İngiltərə milli komandaları arasında minifutbol üzrə dünya çempionatının 1/4 final oyunu keçirilib.
“Tezadlar.az”ın məlumatına görə, qarşılaşmanı izləyənlər arasında dövlət rəsmiləri də olub.
Milli Gimnastika Arenasında keçirilən qarşılaşmanı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov, baş prokuror Kamran Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, “AzərEnerji”nin sədri Baba Rzayev birlikdə izləyib.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.