5 Yanvar 2026 / 14:19

Dövlət sifarişi ilə təhsil almaq neçə nəfərə şamil ediləcək?

Qarşıdan gələn tədris ili üçün dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 5 min 210 nəfər artırılaraq 151 min 100 nəfərə, təqaüd alan tələbələrın sayının isə 7 min 520 nəfər artırılaraq 121 min 280 nəfərə çatdırılması nəzərdə tutulub. Tezadlar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bunun üçün ayrılacaq 589 milyon manat vəsaitin 412 milyon manatı təhsil, 177 milyon manatı təqaüd xərclərinə yönəldiləcək.

Bəli, Azərbaycan dövləti yüksək səviyyəli kadrlarda maraqlıdır və təhsilə lazımi qədər vəasait də ayrılır. Təki dövlət hesabına təhsil alanlarımız da Dövlətə və  Vətənə xidməti unutmasınlar.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!