Döyüşdən qayıdan rus əsgərlərinin arvadları döyülməyə və ərlərinin ayaqlarını öpməyə çağırılır

Oxunma sayı: 182

Xüsusi hərbi əməliyyatdan (XHƏ) qayıdan döyüşçülərin arvadları ərləri tərəfindən döyülməsinə dözməlidirlər.

Tezadlar.az xəbər verir ki, bu çağırışı aparıcı Sergey Karnauxov jurnalist Kseniya Sobçakın Telegram kanalında yayımladığı “Solovyev Live” verilişində edib.

Karnauxovun fikrincə, rus qadınları da boşanmaq üçün ərizə verməməli, əksinə, vətənləri üçün canlarını verməyə hazırlaşdıqları üçün ərlərinin ayaqlarını öpməlidirlər.

Karnauxov həmkarı Anastasiya Kaşevarova ilə mübahisə zamanı vəziyyətlə bağlı fikirlərini bildirib. Sonuncu əri cəbhədən qayıdandan sonra döyülməsi barədə danışan 24 yaşlı rusiyalı qadının müdafiəsinə qalxmağa çalışıb. Jurnalist post-travmatik stress pozğunluğu olan bir əsgər tərəfindən zorakılığa məruz qalan qıza kömək etmək istəyib.

Karnauxov onların söhbətinə qoşulub və elan edib ki, verilişin qəhrəmanı heç bir halda xüsusi əməliyyatın iştirakçısı olan içkili və zorakı ərini tərk etməməlidir.

Əvvəllər bildirilmişdi ki, XHƏ döyüşçüsünün arvadı ərinə xəyanət etdiyini gizlətməyib və onun ölümündən sonra ödənişlər alıb.

E.ŞİRİNOV

Xəbəri paylaş

23 May