Qaxda avtomobillə piyadanı vuraraq öldürən sürücünün vəzifəli şəxs olduğu bildirilir. Tezadlar.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Zaqatala şəhər sakini Turan Əsədovdur. Və təqsirləndirilən Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır. Sürücü Turan Əsədov rayonun Ləkit kəndi ərazisində piyadanı vurduqdan sonra onu həmin avtomobillə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, artıq gec olub.
Qeyd edək ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 53 yaşlı Bakı şəhər sakini Natiq Həsənovu vurub. N.Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.