Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Dubay Beynəlxalq Hava Limanı yaxınlığında iki pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb, dörd nəfər yaralanıb.
Tezadlar.az xəbər verir ki, Dubay hökumətinin Media Ofisi ABŞ-da yerləşən X şirkətinin sosial media hesabına edilən hücumla bağlı açıqlama yayıb.
Bəyanatda Dubay Beynəlxalq Hava Limanı (DXB) yaxınlığında iki PUA-nın qəzaya uğradığı bildirilir.
Qəza nəticəsində iki Qana vətəndaşı və bir Banqladeş vətəndaşı yüngül, bir Hindistan vətəndaşı isə orta dərəcəli xəsarət alıb.
Səlahiyyətlilər həmçinin hava nəqliyyatının normal davam etdiyini qeyd ediblər.
E.ŞİRİNOV







