Polşa prezidenti Vladimir Zelenski ilə də görüşəcək
Polşa prezidenti Anjey Duda rəsmi səfərlə Kiyevə gəlib.
Tezadlar.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Bu səhər Kiyev Mərkəzi Dəmiryol Vağzalında Ukraynanın əsl dostu Anjey Dudanı qarşılamağa şadam. Prezident Duda Rusiyanın genişmiqyaslı təcavüzünün ən çətin anlarında Ukraynanın yanında olub”, – diplomat qeyd edib.
“Qonağımız Ukrayna Konstitusiya Gününü bizimlə birlikdə qeyd edəcək və prezident Vladimir Zelenski ilə görüşəcək”, – XİN rəhbəri vurğulayıb.
Məlumdur ki, bu, Dudanın Polşa prezidenti kimi Kiyevə sonuncu səfəridir. Avqustda o, artıq dövlət başçısı olmayacaq; onu builki seçkilərdə qalib gələn Karol Navroçki əvəz edəcək.
E.ŞİRİNOV







