Əsas məzmuna keç

DUMAYA CİNAYƏT KEÇMİŞİ OLAN ƏCNƏBİLƏRİN RUSİYADAN ÇIXARILMASI HAQQINDA QANUN LAYİHƏSİ TƏQDİM EDİLİB

“Yeni İnsanlar” fraksiyasının sədr müavini Sardana Avksentyeva Dövlət Dumasına cinayət keçmişi olan əcnəbilərin Rusiya Federasiyasından çıxarılması ilə bağlı qanun layihəsi təqdim edib.

Tezadlar.az bildirir ki, bu barədə parlamentari “Rossiya-24” telekanalının efirində məlumat verib.

“Biz sözün əsl mənasında bu gün cinayət keçmişi olan əcnəbi vətəndaşların ölkəmizdən çıxarılması və arzuolunmaz olmasının tanınması ilə bağlı bu qanun layihəsini təqdim etdik”, – deyə deputat bildirib.

Onun sözlərinə görə, qanunun “ölkələrində siyasi baxışlarına, rusiyayönlü mövqelərinə görə məhkum edilmiş və ya söz azadlığına görə əziyyət çəkənlərə” şamil edilməyəcəyi güman edilir.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…