29 Avqust 2024 / 08:14

DÜNƏN 66,4 KİLOQRAMDAN ÇOX NARKOTİK VASİTƏ AŞKARLANIB

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 28-də ümumi çəkisi 66,4 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqrama yaxın heroin, 62,7 kiloqrama yaxın marixuana, 1,2 kiloqrama yaxın tiryək, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu və 14 preqabalin və 20 ədəd tramadol həbi olub.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!