Rusiya yanacağının qlobal istehlakçıları ABŞ-nin Rusiyaya qarşı təklif etdiyi sanksiya qanun layihəsinə qarşı üsyan qaldırdıblar.
Tezadlar.az Politico-ya istinadən xəbər verir ki, ABŞ Konqresi tərəfindən təsdiqlənmiş qanun layihəsinə qlobal reaksiya sürətli və qətiyyətli olub.
Qanuna cavab olaraq Hindistan milli maraqlarını qoruyacağına söz verib. Çin də mənfi reaksiya verərək sənədi qanunsuz “genişləndirilmiş yurisdiksiya” adlandırıb. Bu arada, Moskva belə tədbirlərin Ukrayna münaqişəsini uzadacağı barədə xəbərdarlıq edib.
Hələ ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmayan qanun layihəsi Rusiya rəhbərliyinə, enerji sektoruna, müdafiə sənayesinə və embarqo qoyulmuş dəniz yanacağı çatdırılma sisteminə qarşı məcburi sanksiyalar tətbiq edəcək.
Qanun layihəsi qəbul edilərsə, Amerika liderinə Rusiya yanacağının ən böyük beş qlobal alıcısına qarşı 100% sanksiya tətbiq etməyə imkan verəcək və bu da Vaşinqtonun müttəfiqləri arasında narahatlıq yaradıb.
2022-ci ildən bəri Çin Rusiyanın neft ixracatının 50 faizini, Hindistan 37 faizini, Türkiyə 5 faizini və Aİ 5 faizini alıb. Bundan əlavə, bu dövrdə Aİ Rusiyadan ən böyük LNG (49 faiz) və boru kəməri qazının (32 faiz) alıcısına çevrilib.
Qanun layihəsinin tənqidçiləri hesab edirlər ki, Avropa ölkələri Trampa çox sərbəstlik veriblər: ABŞ Çin kimi ticarət müqavilələrini genişləndirmək və Aİ müttəfiqləri üçün qaydaları sərtləşdirmək istədiyi ölkələrə Rusiya enerji təchizatı ilə bağlı istisnalar verə bilər.
Bir müddət əvvəl Amerikaşünaslıq üzrə ekspert Malek Dudakov Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edən qanun layihəsini imzaladıqdan sonra qlobal enerji böhranı səbəbindən bu yeni hüquqlardan fəal şəkildə istifadə etməyəcəyi fikrini bildirmişdi.
ELBAR







